Hemorroid (Babasil)

Hemorroid nədir?

Hemorroidlər anal kanalın daxilində yerləşən venoz damar yumaqlarıdır. Normal anatomik quruluşun bir hissəsi olsalar da, müxtəlif səbəblərlə genişlənərək şişdikdə və narahatlıq yaratdıqda “hemorroid xəstəliyi” adlanır.

Yerləşməsinə görə iki növə ayrılır:

  • Daxili hemorroidlər – Düz bağırsağın daxilində yerləşir, əsasən ağrısız qanama ilə özünü göstərir.
  • Xarici hemorroidlər – Anusun giriş hissəsində yerləşir, ağrı və şişkinliklə müşayiət oluna bilər. Trombozlaşdıqda ağrı daha şiddətli olur.

Hemorroidin səbəbləri

  • Xroniki qəbizlik və ya ishal
  • Gücənmə vərdişi
  • Hamiləlik və doğuş
  • Oturaq həyat tərzi
  • Ağır fiziki iş və ağırlıq qaldırma
  • Piylənmə
  • Yaşlanma və bağ toxumasının zəifləməsi
  • Ailəvi meyillilik

Əlamətləri

  • Defekasiya zamanı parlaq qırmızı qanama
  • Anus nahiyəsində şişkinlik və ele gələn kütlə
  • Qaşıntı və islaqlıq hissi
  • Oturarkən narahatlıq
  • Trombozlaşmış hallarda güclü ağrı

Rektal qanama heç vaxt normal hesab edilməməlidir. Bu əlamətlər hemorroidlə yanaşı daha ciddi xəstəliklərin də göstəricisi ola bilər.


Hemorroidin dərəcələri

1️⃣ I dərəcə – Yalnız qanama olur, düyünlər xaricə çıxmır.
2️⃣ II dərəcə – Gücənmə zamanı çıxır, özü-özünə geri qayıdır.
3️⃣ III dərəcə – Xaricə çıxır və əl ilə içəri keçirilir.
4️⃣ IV dərəcə – Daim xaricdə qalır, içəri keçmir, ağrılıdır.


Diaqnostika

Diaqnoz aşağıdakı üsullarla qoyulur:

  • Rektal (bimanual) müayinə
  • Anoskopiya və rektoskopiya
  • 40 yaşdan yuxarı və ya risk faktorları olan xəstələrdə total video kolonoskopiya

Klinikamızda bütün müayinələr atravmatik, steril və xüsusi ağrıkəsici gel və məlhəmlərlə aparılır Op. Dr. Dilarə Həsənova üçün….


Müalicə üsulları

Müalicə hemorroidin dərəcəsinə və xəstənin vəziyyətinə uyğun fərdiləşdirilir.

1️⃣ Konservativ (Qeyri-cərrahi) müalicə

  • Lifli pəhriz və gündə 1.5–2 litr su qəbulu
  • Qəbizliyin aradan qaldırılması
  • Venotonik dərmanlar
  • Lokal məlhəmlər və şamlar

2️⃣ Anesteziyasız ofis prosedurları

  • Band liqasiyası – Lateks halqa ilə hemorroid düyününün boğulması
  • Skleroterapiya – Dərman inyeksiyası ilə damarın büzüşdürülməsi
  • İnfraqırmızı koaqulyasiya – Lazer enerjisi ilə pıxtalaşdırma

Bu prosedurlar qısa müddətdə həyata keçirilir və xəstə eyni gün evə buraxılır.


3️⃣ Cərrahi müalicə

İrəliləmiş hallarda tətbiq olunur:

  • Klassik hemorroidektomiya
  • LIGASURE / Harmonik skalpel ilə hemorroidektomiya (daha az qanama və travma)
  • PPH (Longo) əməliyyatı – Stapler üsulu ilə daxili hemorroidlərin sabitləşdirilməsi
  • Lazer (Nd-YAG) müalicəsi

Müasir üsullarla əməliyyatdan sonra xəstəxanada qalma müddəti orta hesabla 1 gündür Op. Dr. Dilarə Həsənova üçün….


Nə vaxt həkimə müraciət etməlisiniz?

  • İlk dəfə qan gördükdə
  • Ağrı və şişkinlik olduqda
  • Qanama tez-tez təkrarlanırsa
  • 40 yaşdan yuxarıysınızsa

Erkən diaqnoz əməliyyatsız müalicə şansını artırır və daha ciddi xəstəliklərin vaxtında aşkarlanmasına imkan verir.