Müalicə üsulları
Müalicə üsulları
Proktoloji xəstəliklərin müalicəsi üç səviyyədə aparılır: konservativ müalicə, cərrahiyyəsiz (ofis) prosedurlar və cərrahi əməliyyatlar. Üsulu həkim xəstəliyin növünə, mərhələsinə və xəstənin vəziyyətinə görə seçir. Erkən mərhələdə çox vaxt əməliyyata ehtiyac qalmır. Müalicənin məqsədi sfinkter funksiyasını qorumaq, təkrarlanma riskini azaltmaq və xəstənin gündəlik həyatına tez qayıtmasını təmin etməkdir.
Müalicənin üç səviyyəsi
- 1-ci səviyyəKonservativ müalicəErkən mərhələli şikayətlərdə və funksional problemlərdə ilk seçim ola bilər.
- 2-ci səviyyəCərrahiyyəsiz (ofis) prosedurlarSeçilmiş hallarda anesteziyasız aparılan, qısa çəkən prosedurlardır.
- 3-cü səviyyəCərrahi əməliyyatlarÜsulu həkim xəstəliyin növünə, mərhələsinə və xəstənin vəziyyətinə görə seçir.
Konservativ müalicə
Erkən mərhələli şikayətlərdə və funksional problemlərdə ilk seçim ola bilər.
- Qidalanma və həyat tərzi: lifli qidalar, kifayət qədər maye, qəbizliyin və ishalın aradan qaldırılması, fiziki aktivlik, gücənmə vərdişindən imtina
- Dərmanlar (həkim təyini ilə): venotonik və simptomatik preparatlar, lokal məlhəm və şamlar, iltihab və ağrını azaldan vasitələr, bağırsaq ritmini tənzimləyən dərmanlar
- Köməkçi tədbirlər: ılıq oturma vannası, gigiyena və dəri baxımı
- Bitki mənşəli vasitələr (fitoterapiya) bəzən köməkçi rol oynaya bilər, amma əsas müalicəni əvəz etmir. Hər bitki vasitəsi təhlükəsiz deyil, istifadəsi həkimlə razılaşdırılmalıdır.
Cərrahiyyəsiz (ofis) prosedurlar
Seçilmiş hallarda anesteziyasız aparılan, qısa çəkən prosedurlardır. Xəstə gündəlik həyatına tez qayıdır.
- SkleroterapiyaHəkimin praktikası
- Band liqasiyasıÜmumi məlumat
- İnfraqırmızı koaqulyasiyaÜmumi məlumat
Cərrahi müalicə
Dr. Həsənovanın tətbiq etdiyi üsullar
Həkimin praktikası
- Babasil
- LigaSure ilə hemorroidektomiya, klassik hemorroidektomiya, trombektomiya
- Anal çat
- Fissurektomiya, lateral internal sfinkterotomiya (LİS)
- Paraproktit
- Absesin açılması və drenajı
- Anal fistula
- Fistulektomiya, mərhələli müalicə
- Qıl dönməsi
- Absesin drenajı, eksiziya (açıq üsul), Limberq plastikası
- Anal polip, kondiloma
- Anal polipektomiya, kondilomaların yandırılması və çıxarılması
- Rektosele
- Arxa kolporafiya və levatoroplastika, təkrar (rekonstruktiv) əməliyyatlar
Endoskopik müdaxilələr (kolonoskopiya zamanı polipektomiya və biopsiya) Modern Hospital-da endoskopist həkim tərəfindən aparılır.
Anesteziya
Dr. Həsənova proktoloji əməliyyatların çoxunu spinal (onurğa) və ya epidural anesteziya ilə aparır. Bu zaman bədənin aşağı hissəsi keyiyir, xəstə oyaq qalır və əməliyyat boyu həkimlə danışa bilir. İstəsə, əlavə olaraq yüngül sedativ dərmanla yuxuya verilə bilər. Bəzi hallarda venadaxili və ya ümumi anesteziya seçilir. Anesteziya növü anestezioloqla birlikdə, xəstənin vəziyyətinə görə müəyyən edilir.
Əməliyyata hazırlıq
- Əməliyyatdan əvvəl standart qan analizləri və infeksiya testləri (hepatit B və C, sifilis, HİV) aparılır.
- Qəbul etdiyiniz bütün dərmanları, xüsusən qanı durulaşdıranları, həkimə və anestezioloqa bildirin.
- Anesteziya növü, əməliyyatın gedişi və mümkün risklər əməliyyatdan əvvəl ətraflı izah olunur.
- Kondiloma və ya HPV infeksiyası olan xəstələrin əməliyyatlarında birdəfəlik alət dəstləri istifadə olunur.