Op. Dr. Dilarə Həsənova Haqqında
Təcrübə, Etibar və İnsan Mərkəzli Yanaşma
Op. Dr. Dilarə Həsənova Azərbaycan Tibb Universitetinin Müalicə-İşi fakültəsini bitirmişdir.
2005–2007-ci illərdə akademik M.A. Topçubaşov adına III Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmişdir.
2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin III Cərrahi Xəstəliklər kafedrasında klinik və akademik fəaliyyət göstərir.
2010-cu ildən Bakı şəhərində yerləşən Modern Hospital klinikasında ümumi cərrah və koloproktologiya mütəxəssisi kimi fəaliyyət göstərir və eyni ildən Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsini icra edir. Ana diliylə bərabər, Rus və İngilis dillərinə əla səviyyədə hakimdir. Evlidir.
Missiya:“Sağlam bağırsaq – sağlam həyat.” Düzgün diaqnoz və düzgün cərrahi yanaşma ilə pasiyentin həyat keyfiyyətini yüksəltmək əsas məqsədimizdir
Tibbi Fəlsəfə və Yanaşma:Hər bir pasiyent unikaldır. Məqsəd yalnız simptomları aradan qaldırmaq deyil, həm də pasiyentin emosional rahatlığını təmin etməkdir.
Müayinələr atravmatik, steril və xüsusi ağrıkəsici vasitələrlə həyata keçirilir. Pasiyent məxfiliyi və komfortu əsas prioritetdir
Beynəlxalq Təcrübə və Peşəkar İnkişaf
Həkimin beynəlxalq kurs və konfranslarda iştirakı, xüsusilə ABŞ-ın Minnesota Universitetində keçirilən “Principles of Colon & Rectal Surgery” proqramı, onun qlobal tibbi yanaşmasının formalaşmasına töhfə vermişdir.
O, Türk Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin, Türk Cərrahi Dərnəyinin, Azərbaycan Tibb Universitetinin Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin (AQİEC) üzvüdür.
Müasir texnologiyalar – Ligasure, Harmonik Skalpel və VideoProktoskopiya – klinik praktikada aktiv şəkildə tətbiq olunur.
Təltif və Mükafatlar
2011 – “İlin Cərrah Proktoloqu”
2012 – “Peşəkar Həkim” milli mükafatı
2015 – “Azərbaycanın Fəxri” mükafatı
