Diaqnostika

Ana Səhifə/Diaqnostika

Endoskopik Müayinələr

Anoskopiya

Anus və anal kanalın xüsusi işıqlı cihaz vasitəsilə görüntülənməsidir.
Hemorroid, anal çat və qanama səbəblərinin araşdırılmasında istifadə olunur.

Rektoskopiya

Düz bağırsağın son hissəsinin müayinəsidir.
Şiş, polip və iltihabi dəyişikliklərin aşkarlanmasına imkan verir.

VideoProktoskopiya

Yüksək dəqiqlikli kamera sistemi ilə aparılan müasir diaqnostik üsuldur.

  • Daha aydın görüntü
  • Erkən diaqnostika imkanı
  • Minimal narahatlıq

Pasiyent görüntünü monitor vasitəsilə izləyə bilər.

Total Video Kolonoskopiya

Yoğun bağırsağın tam müayinəsidir.
Kolon xərçənginin erkən diaqnostikasında “qızıl standart” hesab olunur.

Kolonoskopiya zamanı:

  • Poliplər aşkarlanarsa dərhal çıxarıla bilər
  • Şübhəli sahələrdən biopsiya götürülür
  • İltihabi xəstəliklər qiymətləndirilir

Kimlər üçün tövsiyə olunur?

  • 50 yaşdan yuxarı şəxslər
  • Rektal qanaması olanlar
  • Ailəsində kolon xərçəngi olanlar
  • Uzunmüddətli qəbizlik və ya ishal yaşayanlar

Prosedur sedasiya altında, ağrısız şəkildə aparılır.

Kapsul Endoskopiyası

Pasiyent tərəfindən udulan kiçik kapsul kamera həzm sistemi boyunca minlərlə görüntü əldə edir.
Xüsusilə səbəbi bilinməyən gizli qanamalarda tətbiq olunur.

Radioloji Müayinələr

MRT (Maqnit Rezonans Tomoqrafiyası)

Anal fistulaların diaqnostikasında və əməliyyat planlamasında əvəzsiz rol oynayır.

Kompyuter Tomoqrafiyası (KT)

Abses, şiş və yayılma hallarında istifadə olunur.

Defekoqrafiya

Defekasiya aktının pozulmalarında (rektosele, sallanma) çanaq dibi funksiyasını qiymətləndirir.

Fistuloqrafiya və İrriqoskopiya

Müəyyən hallarda əlavə diaqnostik məqsədlə istifadə olunur.

Funksional Testlər

Anal Manometriya

Sfinkter əzələlərinin sıxılma gücünü ölçür.
İnkontinans və qəbizlik hallarında tətbiq edilir.

Anorektal EMG

Əzələ funksiyasını və sinir keçiriciliyini qiymətləndirir.

Laborator Müayinələr

  • Nəcisdə gizli qan testi
  • Kalprotektin
  • Qanın ümumi analizi
  • CRP və digər iltihab göstəriciləri
  • Onkomarkerlər
  • Nəcisin bakterioloji müayinəsi

Nə vaxt diaqnostik müayinəyə ehtiyac var?

  • Rektal qanama
  • Uzunmüddətli qəbizlik və ya ishal
  • Qarın ağrısı və köp
  • Defekasiya pozğunluğu
  • Ailədə kolon xərçəngi öyküsü

Erkən diaqnostika bir çox ciddi xəstəliyin qarşısını ala bilər.

Yanaşmamız

  •  Pasiyent mərkəzli
  • Minimal narahatlıq
  • Dəqiq və şəffaf məlumatlandırma
  • Fərdi müalicə planı