Nədir?
Divertikulyar xəstəlik yoğun bağırsaq divarında kiçik kisəciklərin (divertikulların) yaranmasıdır. İltihablaşdıqda divertikulit adlanır.
Əlamətlər
- Qarının sol aşağı hissəsində ağrı
- Qızdırma
- Qəbizlik və ya ishal
- Şişkinlik
Diaqnostika
- Kolonoskopiya (kəskin fazadan sonra)
- KT müayinəsi
- Laborator analizlər
Müalicə
- Yüngül hallarda antibiotik və pəhriz
- Ağır və təkrarlayan hallarda cərrahi müdaxilə
Erkən müdaxilə ağırlaşmaların qarşısını alır.

